Evil Genius 2: World Domination

2004-cü ildə buraxılmış “Evil Genius” oyununun davamı olan “Evil Genius 2: World Domination” da seriyanın əvvəlki oyunu kimi strategiya və simulyasiya janrlarındadır. Çoxnəfərlik rejim dəstəklənmir. Oyun yalnız təknəfərlik kampaniyadan ibarətdir.

Black Legend

“Blacklegend” ardıcıl strategiya və RPG janrlarındadır. Oyun Belçika və Hollandiya əfsanələrinə əsaslanır. Oyundakı hadisələr isə XVII əsrdə cərəyan edir.

Maquette

“Maquette” birinci şəxs perpektivində olan məntiqi indi (indie ing.) oyundur. Burada hadisələr rekursiv dünyada cərəyan edir. Yəni, baş qəhraman baş verənləri sanki öz daxilində yaşayır.

Stronghold: Warlords

“Stronghold: Warlords” oyunu strategiya janrındadır. Oyun xəritəsi şərqi asiyanı, dövran isə e.ə 3-cü əsrdən etibarən orta əsrlərədək olan müddəti əhatə edir.
“Stronghold: Warlords” özündə 4 fərqli millətin mədəniyyəti cəmləşdirir.

It Takes Two

Hazelight Studios tərəfindən ərsəyə gətirilmiş “It Takes Two” ekşen-macəra (action-adventure ing.) janrında olan kooperativ platformerdir. Bəzi kooperativ oyunlardan fərqli olaraq “It Takes Two” oyununda iki nəfər oyunçunun iştirakı mütləqdir.

Epic Games Fall Guys oyununu yaradan studiyanı aldı

Son zamanlar məşhurlaşan “Fall Guys: Ultimate Knockout” oyununu yaradan Mediatonic oyun studiyası Tonic Games Group şirkətinə məxsus idi. Hazırda Tonic Games Group daxili studiyası ilə birlikdə Epic Games şirkəti tərəfindən alınıb. Bu barədə məlumatı Mediatonic studiyası rəsmi Twitter hesabında da təsdiqləyib.

Crash Bandicoot mobil platformalar üçün buraxılacaq

“Crash Bandicoot: On The Run” oyunu Activision Blizzard-ın bir hissəsi olan King şirkəti tərəfindən ərsəyə gətirilir. Oyun mobil platformalardan çoxlarına tanış olan ranner (Runner ing.) janrındadır. Eyni janrda və platformalarda olan “Subway Surfers”, “Temple Run” və s. bu növ oyunları xatırladır.

Aliens: Fireteam kooperativ oyununun anonsu

Cold Iron Studios tərəfindən ərsəyə gətirilən yeni kooperativ şuter (co-op shooter ing.) elmi fantastik qorxu (Sci-Fi horror ing.) janrında olan “Aliens” oyun seriyasına aiddir. Öz növbəsində isə “Aliens” oyun seriyası eyniadlı film seriyasından bəhrələnir.
Yeni kooperativ şuter 3-cü şəxs perspektivində (third-person shooter ing.) olacaq.

Comic-Con da bu il onlayn formatda keçiriləcək

1970-ci ildən etibarən müxtəlif oyunların, filmlərin, komikslərin və s. təqdim olunduğu, müzakirə edildiyi Comic-Con sərgisi bu il də koronavirus pandemiyası ilə əlaqədar onlayn formatda keçiriləcək. Sərgi 23-25 iyul tarixlərində yayımlanacaq.

Diablo II: Resurrected alfa-test üçün qeydiyyata başlayıb

Yaradıcı şirkət bu informasiyanı təsdiqləyərək hər bir alfa-test mərhələsinin oyununun fərqli məzmunlarına aid olacağını bildirib. Birinci mərhələ “Diablo II: Resurrected” oyununda keçiriləcək alfa-testlərdən birinci mərhələ təknəfərlik, ikinci mərhələ isə çoxnəfərlik oyun məzmununu əhatə edəcək.