Oyunlar

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
PC, PlayStation, Xbox və Nintendo Platformalarında Oyunlar Haqda Ətraflı Məlumat

Resident Evil Village

Sağqalma horror (survival horror .ing) janrında olan birinci şəxs perspektivli “Resident Evil Village” oyunu “Resident Evil” oyun seriyasının sayca 8-ci hissəsidir. “Resident Evil 7: Biohazard” oyun seriyasının davamıdır və baş qəhrəman İtan Vintersin hekayəsindən bəhs edir.

R-Type Final 2

“R-Type” oyun seriyasının növbəti hissəsi olan “R-Typer Final 2” şuter (shooter ing.) janrındadır. Oyun üfüqi perspektivlidir. Müxtəlif rəngarəng mərhələlərdən ibarət olan “R-Type Final 2″də oyunçular “R-Type” adlandırılan kosmik qırıcıları idarə edirlər.

NieR Replicant ver.1.22474487139…

“NieR” oyun seriyasına daxil olan “NieR Replicant ver.1.22474487139…” oyunu ekşen RPG (action role-playing ing.) janrındadır. Öz növbəsində “NieR” oyun seriyası “Drakengard” seriyasına daxildir.

Oddworld: Soulstorm

“Oddworld: Soulstorm” Unity oyun mühərrikində ərsəyə gətirilən 2.9D formatlı platformerdir. Oyun 2014-cü il tarixində buraxılan “Oddworld: New ‘n’ Tasty!”nin davamıdır. Oyunda hadisələr əvvəlki hissələrə nisbətən daha da qaranlıq dünyada cərəyan edir.

Returnal

“Returnal” üçüncü şəxs perspektivli şuter və psixoloji horror (third-person shooter; psychological horror ing.) janrlarındadır. Unreal Engine 4 mühərrikində hazırlanan bu oyun yalnız PlayStation 5 konsolu üçün nəzərdə tutulub.

Outriders

“Outriders” üçüncü şəxs perspektivli şuter və RPG (third-person shooter, role-playing ing.) janrlarındadır. Oyunda həm təknəfərlik, həm də çoxnəfərlik rejimlər mövcuddur. Kooperativ rejim süjet kampaniyasında üç nəfərədək şəxsin birgə oyununu dəstəkləyir.

Evil Genius 2: World Domination

2004-cü ildə buraxılmış “Evil Genius” oyununun davamı olan “Evil Genius 2: World Domination” da seriyanın əvvəlki oyunu kimi strategiya və simulyasiya janrlarındadır. Çoxnəfərlik rejim dəstəklənmir. Oyun yalnız təknəfərlik kampaniyadan ibarətdir.

Black Legend

“Blacklegend” ardıcıl strategiya və RPG janrlarındadır. Oyun Belçika və Hollandiya əfsanələrinə əsaslanır. Oyundakı hadisələr isə XVII əsrdə cərəyan edir.

Maquette

“Maquette” birinci şəxs perpektivində olan məntiqi indi (indie ing.) oyundur. Burada hadisələr rekursiv dünyada cərəyan edir. Yəni, baş qəhraman baş verənləri sanki öz daxilində yaşayır.

Stronghold: Warlords

“Stronghold: Warlords” oyunu strategiya janrındadır. Oyun xəritəsi şərqi asiyanı, dövran isə e.ə 3-cü əsrdən etibarən orta əsrlərədək olan müddəti əhatə edir.
“Stronghold: Warlords” özündə 4 fərqli millətin mədəniyyəti cəmləşdirir.