Xəbərlər

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
Oyunlar, Filmlər, Proqram Təminatı, Texnologiya və Mobil Sənaye Haqda Ən Son Xəbərlər

Nvidia RTX 3050 və 3050 Ti videokartları anons olunub

Hər iki videokart 4 Gb GDDR6 videoyaddaş ilə təchiz olunub və RTX seriyasına xas olan şüa izləmə (ray-traycing ing.) texnologiyasını dəstəkləyir.

Call of Duty Warzone və Black Ops oyunlarına Rembo personajı əlavə olunacaq

Bir neçə gün idi ki, müxtəlif xarici xəbər agentlikləri “Call of Duty: Warzone” oyununa Rembo personajının əlavə olunacağı ilə bağlı xəbərlər paylaşırdılar. Sözsüz ki, bu xəbərlər əsassız deyil idi. Activision şirkəti özü də buna işarə etmişdi.

Shadow Warrior 3 oyununun yeni qeympley videosu

Birinci şəxs perspektivli şuter (first-person shooter) janrında olan “Shadow Warrior 3” oyunu Devolver Digital tərəfindən ərsəyə gətirilir. Oyun “Shadow Warrior” seriyasına aiddir və 2016-cı il tarixində buraxılan ikinci hissənin davamıdır.

SEGA “Lost Judgment” oyununu anons etdi

“SEGA” tərəfindən 7 may tarixində anons olunan “Lost Judgment” oyunu “Judgment” oyununun davamıdır. Xatırladaq ki, “Judgment” ilk dəfə 13.12.2018-ci il tarixdə Yaponiyada,  dünya miqyasında isə 25.06.2019-cu il tarixində PlayStation 4 konsoluna buraxılıb.

E3 2021 sərgisinin iştirakçıları bəlli olub

Bu il 12 iyun tarixindən 15 iyun tarixinədək onlayn formatda keçirilməsi nəzərdə tutulan E3 2021 sərgisində “Sony” və “Electronic Arts” şirkətləri iştirak etməyəcək

“Loki” serialının premyera və həftəlik buraxılış tarixləri dəyişdirildi

“Disney+” servisində yayımlanacaq “Loki” serialının premyerası 11 iyun tarixindən 9 iyun tarixinə təyin olunub.

“Disney+” servisində daha əvvəl yayımlanan “VandaVijn” və “Şahin və Qış Əsgəri” seriallarında olduğu kimi “Loki” serialında da hadisələr “Qisasçılar: Final” filmindən sonra davam edir.

Biomutant oyununun yeni qeympley videoları təqdim olunub

Oyun haqqında növbəti ətraflı material “Game Informer” xəbər agentliyi tərəfindən təqdim olunub. Postapokaliptik “Biomutant” dünyasında oyunçular tərəfindən idarə olunan personaj yenota bənzəyən mutasiyaya uğramış heyvandır.

Sony Discord ilə əməkdaşlığa başladığını elan etdi

İki şirkətin əməkdaşlığa başlamasını “Sony Interactive Entertainment”in prezidenti və baş icraçı direktoru Cim Rayan elan edib. 

Marvel öz filmləri haqqında hazırladığı xüsusi videoçarx təqdim edib

“Marvel Entertainment” rəsmi YouTube kanalında “Marvel Studios Celebrates The Movies” (Marvel studiyası filmlərini qeyd edir azərb.) başlığı ilə paylaşılan 3 dəqiqəlik videoçarx ümumilikdə iki hissədən ibarətdir.

Yeni Battlefield oyununun treylerindən görüntülər sızıb

Anons treylerindən sızan görüntülərin həqiqətən də gözlənilən “BATTLEFIELD” oyununa məxsus olub-olmadığını təsdiq etmək mümkün deyil. Lakin bəzi mənbələr bu görüntülərin oyunun ümumi konsepsiyasına uyğun olduğuna əsaslanaraq, onların həqiqi olduğunu iddia edirlər.