Film Xəbərləri

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
Filmlər Haqda Ən Son Xəbərlər

78-ci Qızıl Qlobus mərasimi – qaliblərin siyahısı

Mərasim ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki “The Beverly Hilton” otelində Bakı vaxtı ilə mart ayının 1-də, yəni bu gün gecə radələrində keçirilib. Xeyli film “Qızıl Qlobus” mükafatına nominasiya olsa da, qaydalara uyğun olaraq hər kateqoriya üzrə yalnız bir film laureata layiq görülə bilər. Biz də Sizə məhz hər kateqoriya üzrə qaliblərin siyahısını təqdim edəcəyik.

Hörümçək-adam filminin 3-cü hissəsinin altyazısı bəlli oldu

“Sony” şirkəti filmin altyazısını Sony Pictures Entertainment rəsmi YouTube hesabında paylaşdığı xüsusi videoçarxda elan edib. Marvel Film Dünyasına aid olan “Hörümçək-adam” film seriyasının rəsmi altyazısı “Evə Yol Yoxdur” (No Way Home ing.) olacaq.

“Justice League” filminin müəllif versiyası – son treyler

Filmin yeni treylerində 2017-ci ildə işıq üzü görmüş “Ədalət Liqası” filmində olmayan xeyli yeni səhnələr yer alır. Əsas nəzərə çarpan məqamlar isə aktyor Cared Letonun canlandırdığı fərqli təcəssümdə olan Coker obrazı və digər bir mənfi obraz Darkseid ilə bağlıdır.

“The Last of Us” oyunu əsasında çəkilən serialda bəzi rolları icra edəcək şəxslər müəyyənləşib

Naughty Dog oyun studiyasının ərsəyə gətirdiyi “The Last of Us” oyunun 1 və 2-ci hissələri oyunçular və kritiklər tərəfindən xoş qarşılanmışdır. Hər iki oyun müxtəlif mükafatlara layiq görülmüşdür. Elə bu səbəbdən “The Last of Us” oyununun qazandığı şöhrət onun özünü önləyərək artıq “oyun” çərçivəsindən kənara çıxır.

“Sonic” filminin ikinci hissəsinin loqosu təqdim olundu

Məhşur SEGA qəhrəmanı göy rəngli kirpi yadınızdadır? Bəli, söhbət Sonic-dən gedir. Keçən il birmənalı qarşılanmayan “Sonic the Hedgehog” filmi yenidən – artıq filmin davamı ilə geri dönür. “Sonic the Hedgehog 2” filminin adı və buraxılış tarixi filmin rəsmi “Twitter” hesabında paylaşılıb.

“Forsaj 9”, “Şahin və Qış əsgəri” və digər lentlərin yeni treylerləri təqdim olundu

Tədbir çərçivəsində “Forsaj 9” (F9), “Şahin və Qış əsgəri” (The Falcon and the Winter Soldier), “Heç kim” (Nobody), “Raya və Sonuncu Əjdaha” (Raya and the Last Dragon), “Qoca” (Old), “Klaris” (Clarice), “Yellouston: 1883” (Yellowstone: 1883), “Amerikaya Səyahət 2” (Coming 2 America) – cizgi filmi, serial və filmlərinin yeni treylerləri təqdim olunub.

Hörümçək-adam 3 – aktyor Villem Defo geri dönür!

Bu məlumatı ilk olaraq Illuminerd poratlı hələ 2020-ci ilin dekabr ayında paylaşsa da, GWW portalı bunu bir daha öz mənbələrindən aldığı məlumat ilə təsdiqləyib.

Resident Evil fiminin yeni ekranizasiyası – Son məlumatlar

İlkin məlumata görə filmdə hadisələr 1998-ci il Rakkun-sitidə cərəyan edəcək. Filmin Capcom şirkətinin eyniadlı oyunundakı kanonlara əsaslanacağı gözlənilir.

Obi-Van serialı çəkilişlərə başlayır

Bu haqda informasiyasını Obi-Van haqda serialın baş qəhrəmanı olacaq Yuen MakQreqor təsdiqləyib.

Lucasfilm film şirkəti “Ulduz Döyüşləri” dünyası ilə bağlı planlarını dəyişməli oldu

Lucasfilm “Ulduz Döyüşləri” dünyası üçün nəzərdə tutduğu “High Republic Era” adlı yeni dövr üzərində işlərə…