Premyera: 27.02.2020
Film şirkəti: Occupant Entertainment, Four Knights Film, Maze Pictures, Cutting Edge, The Electric Shadow Company, Umedia, Ingenious Media, WS Filmproduktion, Deutscher Filmförderfonds, FilmFernsehFonds Bayern, Hyperion Entertainment, New Zealand Film Commission
Distribütor: Madman Entertainment, Altitude Film Distribution
“Akimbo Tapançaları” filmində hadisələr alternativ gələcəkdə cərəyan edir. Sıradan bir ofis işçisi olan Maylz Li Harris bikarçılıqdan gizli “Skism” adlı oyunun forumuna daxil olur və bununla da oyun təşkilatçılarının diqqətini cəlb edir. Oyun real həyətda şəhər ərazisində rəqiblər arasında ölümcül döyüşdən ibarətdir. İzləyicilər isə bu mənzərəni xüsusi dronlar və tətbiqlər vasitəsilə izləyirlər. Beləliklə, oyun təşkilatçısı kriminal avtoritet Riktor baş qəhrəman Maylzın evinə basqın edir və hədə qorxu ilə onu “Skism” oyununda iştirak etməyə məcbur edir. Maylz bununla razılaşmasa belə, narkotik vasitənin təsirindən ayılanda əlinə iki tapançanın bərkidildiyini və Niks ləqəbli ovçunun hədəfi olduğunu aşkar edir. Artıq Maylz da bir oyunçudur…
Akimbo Tapançaları (Guns Akimbo) filminin treylerini Sizə təqdim edirik: