Premyera: 16.05.2019
Film şirkəti: 87Eleven; Lionsgate; Summit Entertainment
“Con Uik” film seriyasının 3-cü seriyası olan “Con Uik 3” (John Wick 3) filmində hadisələr 2-ci seriyanın süjetini davam etdirir. Belə ki, Con Uikin bir professional killer olmasına baxmayaraq, bəd hadisələr ona bu işdən uzaqlaşmağa imkan vermir. 2-ci seriyada “Kontinental” adlanan və cinayətkar yuvası olan bu oteldə adam öldürməyin qadağan olunmasına baxmayaraq Con Uik bu qaydaları pozur və məhz bu görə də onun barəsində “Ekskommunikado” qərarı qəbul olunaraq onun başına 14 milyon ABŞ dolları pul qoyulur. Buna baxmayaraq həmin otelin meneceri Uinston bu statusun qüvvəyə minməsini 1 saat gecikdirərək ona xilas olmaq üçün şans yaradır. Con Uik isə bu çətin vəziyyətdə bütün bacarıqlarından istifadə edərək Nyu-Yorku tərk etməlidir.
Con Uik 3 (John Wick 3) filminin treylerini Sizə təqdim edirik: