Premyera: 20.02.2020
Film şirkəti: Roth/Kirschenbaum Films, Team Downey, Perfect World Pictures
Distribüter: Universal Pictures
Filmdə hadisələr İngiltərədə kraliça Viktoriyanın hakimiyyəti illərində cərəyan edir. Heyvanların dilini başa düşən və onların dilində danışa bilən məhşur baytar həkim Doktor Con Dulitl 7 ildir ki, öz arvadı Lili Dulitlı itirib. O gündən bəri Doktor Dulitl hündür hasarlarla əhatə olunmuş və ekzotik heyvanlarla dolu olan malikanəsinə sığınıb. Lakin, kraliça xəstələndikdən sonra, o, xəstəliyin çarəsi olan dərmanı tapmaq üçün əfsanəvi bir adaya heyrətamiz səyahətə başlamaq məcburiyyətində qalır. Bu səyahəti zamanı, Doktor Dulitl mərd olmalıdır. Çünki, o, köhnə düşmənləri və qəribə məxluqlarla qarşı-qarşıya gələcək.
Doktor Dulitlın Səyahəti (The Voyage of Doctor Dolittle) filminin treylerini Sizə təqdim edirik: