Premyera: 21.11.2019
Film şirkəti: Boies / Schiller Film Group, Two Grown Men, Wrigley Pictures
Distribüter: STX Entertainment
Yaşadığımız dövrdə mobil tətbiqlər artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Ünsiyyət, planlar, fitnes, xəbərlər demək olar ki, həyatımızın böyük hissəsi onlara bağlıdır. “Geriyə sayım” filmində hadisələr insan talehini həll edən bir tətbiq ətrafında cərəyan edir. Bu tətbiq vasitəsilə hər kəs nə vaxt bu dünyanı tərk edəcəyi barədə məlumat ala bilir. Geriyə sayım tətbiqi mobil telefona quraşdırıldıqdan sonra isə insanı sanki bir tələyə salır. Hər kəsin zarafat sandığı bu tətbiq isə, əslində yalnız ölüm gətirir…
Geriyə Sayım (Countdown) filminin treylerini Sizə təqdim edirik: