Premyera: 05.03.2020
Film şirkəti: Walt Disney Pictures, Pixar Animation Studios
Distribütor: Walt Disney Studios Motion Pictures
“İrəli” animasiyalı filmində hadisələr elflər, trollar, kentavrlar və digər sehrli varlıqların yaşadığı möcüzəvi bir dünyada cərəyan edir. Bir vaxtlar onların bu dünyası sehrlə dolu idi, lakin zaman keçdikcə inkişaf etməkdə olan texnologiya ona üstələyir. İen və Barli Laytfut adlı iki elfin anası, kiçik oğlu İenin 16 yaşının tamam olması münasibətilə ona atasının vəsiyyət etdiyi sehrli əsanı bağışlayır. Əsada olan sehrli daşın köməyi ilə onlar bir günlük öz atalarını geri qaytara bilirlər. Lakin, təcrübəsizlikdən onlar atalarının bədəninin yalnız aşağı hissəsini qaytarmağa nail olurlar. Beləliklə də, onlar öz ataları ilə vaxt keçirməyin dadını bir gün ərzində çıxara bilmək üçün qeyri-adi yerlərə səyahət edirlər.
İrəli (Onward) filminin treylerini Sizə təqdim edirik: