Premyera: 05.12.2019
Film şirkəti: Class 5 Films, MWM Studios
Distribütor: Warner Bros. Pictures
Turetta sindromundan əziyyət çəkən xəfiyyə Layonel Essroq öz ustadı və yeganə dostu Frenk Minnanın ölüm işini araşdırmağa başlayır. Bu işdə o yalnız bir neçə ip ucuna malik olsa da, qarşısına qoyduğu məqsədə nail olmaq və sirləri açmaq niyyətindədir. Araşdırma onu caz klubdan başlaraq bölgənin ən müxtəlif və təhlükəli yerlərinə gətirib çıxarır. Öz dostunun adını təmizləmək və onun özünü xilas edə biləcək qadını xilas etmək üçün, o, qanqsterlərə, korrupsiyaya və şəhərin ən təhlükəli adamına meydan oxuyur.
Kimsəsiz Bruklin (Motherless Brooklyn) filminin treylerini Sizə təqdim edirik: