Premyera: 18.07.2019
Film Şirkəti: Walt Disney Pictures; Fairview Entertainment
Distribüter: Walt Disney Studios; Motion Pictures
“Walt Disney” tərəfindən ərsəyə gətirilən və çoxlarının uşaqlıq xatirələrində həkk olunan “The Lion King” cizgi filminin eyniadlı tam süjetli animasiyalı filmi yüksək səviyyəli CGI effektləri ilə göz oxşayır. Süjet Kral Şir Mufasanın balası Simbanın ətrafında cərəyan edir. Simba uşaqlıqdan satqınçılığın qurbanı olur və kral olmaq arzusunda olan əmisi Çapıq onu öz doğma diyarından sürgün edir. Bütün bunlara baxmayaraq Simba özünə yeni dostlar və sevgi tapır. O, tək fiziki yox, həm də ruhən böyüyərək ədaləti bərpa etmək üçün mübarizəyə başlayır.
Kral Şir (The Lion King) filminin treylerini Sizə təqdim edirik: