Premyera: 16.05.2019
Film şirkəti: Legendary Pictures; Nintendo; Warner Bros.; The Pokemon Company
Məhşur “Pokémon” cizgi seriyalının əsasında çəkilən Pokemon: Xəfiyyə Pikaçu (Pokémon: Detective Pikachu) filmində hadisələr Raym-siti adlanan, pokemon və insanların birlikdə yaşadığı böyük bir meqapolisdə cərəyan edir. Filmin əsas qəhramanlarından biri olan Tim öz atası, xəfiyyə Harri Qudmanın müəmmalı səbəblərdən yoxa çıxdığına görə məsələni özü araşdırmağa qərar verir. Lakin, onun atasının köhnə yoldaşı olan Pikaçu ona qoşularaq bu macərada onu tək qoymur. Pikaçu və Tim birgə fəaliyyət göstərir və artıq dost olurlar. Beləliklə onlar öz yollarında müxtəlif varlıqlarla rastlaşaraq, bütün pokemonların taleyini həll edə biləcək inanılmaz bir sövdələşmənin üstünü açırlar.
Pokemon: Xəfiyyə Pikaçu (Pokémon: Detective Pikachu) filminin treylerini Sizə təqdim edirik: