Premyera: 28.04.2019
Film şirkəti: Marvel Studios
Distribüter: Walt Disney Studios; Motion Pictures
Marvel studiyası tərəfindən ərsəyə gətirilən “Avangers: Endgame” filmi Qisasçılar film seriyasının 4-cü hissəsidir. Bu film “Qisasçılar: Sonsuzluq Savaşı” (Avangers: İnfinity War) filminin davamı kimi çıxış edir. Hadisələr Tanosun öz əzazil planlarını gerçəkləşdirdiyi andan bir müddət sonra baş verir. Qisasçılar artıq öz komandasının bir hissəsini, eləcə də bütün kainatdakı canlıların tam yarısını onunla mübarizədə itirib. Son döyüş onları yenidən Tanosla üz-üzə qoyacaq. Lakin, Qisasçılar artıq bu dəfəki qarşılaşmada daha təcrübəlidirlər. Onlar öz komandasının bir hissəsini itirməsinə baxmayaraq, Kapitan Marvel, Qarışqa-adam və Şahingöz kimi yeni üzvlər də bu mübarizədə onlara qoşulacaq.
“Qisasçılar: Final” filminin treylerini Sizə təqdim edirik: