Premyera: 30.05.2019
Film şirkəti: Legendary Pictures, Warner Bros. Pictures
Film Qodzilla, Motra, Rodana və Kinq Gidora adlı bədheybətlərin biri-biri ilə qarşıdurmasından və kriptozooloq agentliyi “Monarx”-ın bu hadisələrin qarşısını almaq üçün etdiyi cəhdlərindən bəhs edir. Hadisələr 2019-cu ildə, film seriyasının 1-ci seriyası “Godzilla” filmindəki hadisələrdən 5 il sonra cərəyan edir. Bu filmdə Motra, Rodana və üçbaşlı Kinq Gidora adlı qədim dövrlərdən yatmış bədheybətlər, Qodzilla ilə qarşı-qarşıya gəlirlər. Bu məxluqların hər birinin özünəməxsus super məhvedici gücü var. Nəhənglərin qarşıdurmasına aciz qalan insanlar, bu dəhşəti yalnız seyr etməyə məcbur qalır.
Qodzilla 2: Bədheybətlər Kralı (Godzilla 2: King of the Monsters) filminin treylerini Sizə təqdim edirik: