Premyera: 19.09.2019
Film şirkəti: Millennium Media, Balboa Productions, Templeton Media
Distribüter: Lionsgate
Müharibə veteranı Con Rembo, sakit həyat yaşamaq və aldığı psixoloji travmalardan bərpa olunmaq üçün illərdir ki, mərhum atasının Arizonadakı rançosunda yaşayır. Buna baxmayaraq qanlı döyüşlərin onun yaddaşında silinməz iz qoyduğu üçün, o, hələ də psixoloji sarsıntıları ilə əlaqədar dərman qəbul etmək məcburiyyətindədir. Rançoda Rembo ögey ailəsi olan yaxın dostu Mariya və onun nəvəsi Qabriela ilə birlikdə yaşayaraq, uşaqlıqdan atasından məhrum olmuş qıza həm də atalıq edir. Günlərin bir günü Meksikaya gedən Qabriela orada xəbərsiz itkin düşür. Bu barədə xəbər tutan Rembo isə Meksikaya gedərək Qabrielanın sindikat cinayətkar dəstə tərəfindən qaçırıldığını öyrənir. İndi, o, əvvəlki təcrübəsindən, bütün gücü və qabiliyyətindən istifadə edərək Qabrielanı xilas etməli və cinayətkar dəstənin fəaliyyətinə son qoymalıdır.
Rembo: Sonuncu Qan (Rambo: Last Blood) filminin treylerini Sizə təqdim edirik: