Premyera: 04.04.2019
Film şirkəti: New Line Cinema; Warner Bros.; DC Films
Billi Betson 14 yaşlı yeniyetmədir. O digər yeniyetmələrdən dəlisovluğu ilə fərqlənmir. Billi qoca bir sehrbaza rast gəlir və sehrbaz onu fövqəl güclə mükafatlandırır. Bu hadisədən sonra, o, tək “Şazam!” sözünü deməklə xüsusi fövqəl gücə malik qəhrəmana çevrilir. Öz yaş dövrünə xas olan xüsusiyyətlərlə Billi güclü bir qəhrəmana çevrilsə belə həmişə saf olaraq qalır. Lakin artıq o sıradan bir insan olmadığı üçün, öz gücünü idarə etməyi bacarmalıdır, çünki insanlar üçün təhlükə mənbəyi olan doktor Tadeus Sivana ilə qarşı-qarşıya gəlməlidir.
Şazam filminin treylerini Sizə təqdim edirik: