İcmal

Red Dead Redemption 2 oyununun icmalı

İlk dəfə 2018-ci ildə PlayStation 4 və Xbox One platformaları üçün Rockstar Games tərəfindən ərsəyə gətirilən “Red Dead Redemption 2” oyunu yalnız 1 il sonra PC platformasına buraxıldı. Təəssüf ki, videoicmalı hazırlamaq üçün biz bu məqamı gözləməli olduq. Gec belə olsa, bu videoicmalda oyunun əsas məqamlarından danışmağa çalışdıq və öz mövqeyimizi bildirdik.

“Red Dead Redemption 2” oyunu “GGC”dən 10 ballıq sistem üzrə 9.7 bal aldı. Səbəbini bilmək istəyirsinizsə videonu izləyin və kanalımıza abunə olmağı unutmayın.