2022-ci ilin iyun ayı üçün bizim “seçmə oyunlar” siyahımıza 5 oyun daxil olub.
Siyahıya daxil olan oyunlar tərəfimizdən qeympley, süjet, qrafika, janr və digər xüsusiyyətlərinə, eləcə də, orijinallığına görə təhlil olunur. Biz ay ərzində artıq buraxılmış və hələ buraxılması planlaşdırılan oyunların xüsusiyyətlərini dərindən öyrənib, onlar haqqında kifayət qədər məlumat toplayıb, növbəti “seçmə oyunlar” siyahımızı sizə təqdim edirik.
2022-ci ilin may ayının seçmə oyunlarına buraxılış ardıcıllığı ilə aşağıdakılar daxildir:
- Diablo Immortal
- The Quarry
- Redout 2
- Sonic Origins
- Fire Emblem Warriors: Three Hopes
Diablo Immortal
Oyun Blizzard Entertainment və NetEase tərəfindən 2 iyun 2022-ci il tarixində mobil platformalar (iOS, Android) üçün ərsəyə gətirilib. Həmin gün oyunun PC platforması üçün açıq beta sınaq mərhələsi başlayıb.
“Diablo Immortal” şaquli 3D perspektivli MMORPG janrındadır. Oyunda hadisələr “Diablo II” və “Diablo III” oyunları arasındakı dövrdə cərəyan edir.
Hazırda bütün mobil platforma və PC istifadəçiləri oyunu rəqəmsal mağazalardan (AppStore, Google Play, Battle.net) pulsuz əldə edə bilərlər.
The Quarry
Oyun Supermassive Games və 2K Games tərəfindən ərsəyə gətirilib. Üçüncü şəxs perspektivli qorxu və interaktiv dram janrlarındadır. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.
“The Quarry” 10 iyun 2022-ci il tarixində PC, PS4 / PS5 və Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.
Redout 2
Oyun 34BigThings srl və Saber Interactive tərəfindən ərsəyə gətirilib. Yarış janrındadır. Oyunda yüksəksürətli gəmi yarışları postapokaliptik Yer Kürəsində keçirilir. Həm tək nəfərlik, həm də çox nəfərlik oyun rejimlərini dəstəkləyir.
“Redout 2” 16 iyun 2022-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Sonic Origins
Oyun toplusu Sega tərəfindən “Retro Engine” mühərrikində ərsəyə gətirilib. Platformer janrındadır və özündə “Sonic The Hedgehog” seriyasının ilk 4 oyununun (Sega CD: Sonic the Hedgehog, Sonic the Hedgehog 2, Sonic CD, Sonic the Hedgehog 3 & Knuckles) remaster versiyalarını ehtiva edir.
“Sonic Origins” 23 iyun 2022-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Fire Emblem Warriors: Three Hopes
Oyun Omega Force və Nintendo tərəfindən ərsəyə gətirilir. Üçüncü şəxs perspektivli taktiki rol oyunu janrındadır. Məşhur “Fire Emblem” seriyasının sayca 21-ci buraxılışıdır. Hadisələr “Fire Emblem: Three Houses” oyunu dünyasında cərəyan edir.
“Fire Emblem Warriors: Three Hopes” 24 iyun 2022-ci il tarixində yalnız Nintendo Switch platforması üçün ərsəyə gətiriləcək.