Bu ilin yanvar ayında “Blackwind”, “Rainbow Six Extraction” və PC platforması üçün “God of War” oyunları buraxılacaq
Yeni ilə yeni rubrikamız ilə başlayırıq. Bu aydan etibarən hər ayın əvvəli biz sizə öz seçimimizə görə ən maraqlı hesab etdiyimiz oyun buraxılışlarını təqdim edəcəyik. Hər il olduğu kimi yanvar ayı oyun sənayesində durğunluq müşahidə olunur. Buna baxmayaraq, bu ay üçün də kifayət qədər oyun buraxılışı nəzərdə tutulub. Bu oyunların sırasından isə bu dəfə biz sizin üçün aşağıdakı 3 oyun seçdik:
- Backwind
- Rainbow Six Extraction
- God of War (PC)
Blackwind
Oyun Blowfish Studios və Gamera Game studiyaları tərəfindən ərsəyə gətirilib. 20.01.2022-ci il tarixdə PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S və Nintendo Switch platformaları üçün buraxılacaq.
Rainbow Six Extraction
Oyun Ubisoft Montreal tərəfindən ərsəyə gətirilib və məşhur “Rainbow Six” seriyasının spin-offudur. “Rainbow Six Extraction” çox nəfərlik kooperativ şuter janrındadır. 20.01.2022-ci il tarixdə PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S, Amazon Luna və Google Stadia platformaları üçün buraxılacaq.
God of War (PC)
Əvvəllər PlayStation platformasının eksklüzivi olan “God of War” ilk dəfə 2018-ci il tarixində buraxılıb. Santa Monica Studio tərəfindən ərsəyə gətirilmiş əfsanəvi seriyanın sonuncu hissəsi 14.01.2021-ci il tarixdə, nəhayət ki, PC platforması üçün də buraxılacaq. Qədim skandinaviya əfsanələrinə daha da təkmilləşdirilmiş oyun qrafikası ilə dalmaq üçün oyunu Epic Games rəqəmsal mağazasından əldə etməyə tələsin. Oyunu əldə edərkən isə bizim müəllif kodumuzu (GAZEGAMECOM) qeyd etməyi unutmayın!