Reytinqinə görə ilk sıralarda olan məhşur strimerlər minlərlə pul qazanırlar
2019-cu ilin Uol Strit jurnalının may buraxılışında yazdığı məqalədən bəlli olur ki, məhşur Twitch stirmerlər yeni oyunların onlar tərəfindən oynanılıb yayınlanması üçün 1 saata 50 min ABŞ dolları haqq alırlar. Sözsüz ki, bu məvacibi strimerlərə nəhəng oyun sənayesi şirkətləri verir və indiki, strimerlərin çox izləndiyi və bunun bir peşəyə çevrildiyi bir dövrdə bu bir növ əvəzolunmaz reklam xarakteri daşıyır ki, nəticədə şirkətlər verdiyi pulun əvəzində minlərlə, hətta milyonlarla alıcı qazanırlar. Bəzi hallarda strimerlərlə bağlanan bu növ ödənişli müqavilələr müəyyən dövr üçün, bəzi hallarda isə bircə oyun üçün nəzərdə tutulur. Belə ki, “Reuters”-in öz mənbələri əsasında verdiyi məlumata görə məhşur strimer Tayler Blevins (Ninja) “Apex Legends” oyununda oyunun çıxmasından bir gün sonra bir strim etmək və öz Twitter hesabında oyun haqqında paylaşmasına görə Electronic Arts şirkəti tərəfindən ona 1 milyon ABŞ dolları verilib.
İndi isə hər hansı bir məhşur strimeri izləməmişdən əvvəl düşünün, o bu oyunu öz istədiyi üçün oynayır, yoxsa…?