Artıq illərdir xronoloji ardıcıllığı qoruyan Marvel dünyası filmlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi və süjet xəttinin vahid nöqtədə birləşməsi kinemotoqrafiyaya özünəməxsus töhvəsini vermişdir. Marvel komikslərinin həvəskarları ilə yanaşı yeni izləyici kütləsinin axını Marvel dünyası filmlərini dünyanın ən çox izlənilən filmləri siyahısına daxil etdi. Marvel komiksləri, qəhrəmanları, film həvəskarları və məhşur bloqqerlər isə hər gün film, komiks və ayrı-ayrı qəhrəmanların təsviri kimi özünəməxsus yeni materiallarla internet izləyicilərinin marağını qazanırlar. Bir çoxlarının diqqətini cəlb edən və Marvel dünyasındakı effektli və yadda qalan kadrların axıcı keçidlərlə birləşdirilməsindən ibarət olan bu videonun hazırlanması üçün isə video müəllifi 4 ay vaxt sərf etmişdir.
Marvel dünyası filmlərindəki kadrlardan möhtəşəm qısa video
