Videoçarxda “Eternals” filmindən ilk kadrlar və gələcək filmlərin premyera tarixləri yer alıb
“Marvel Entertainment” rəsmi YouTube kanalında “Marvel Studios Celebrates The Movies” (Marvel studiyası filmlərini qeyd edir azərb.) başlığı ilə paylaşılan 3 dəqiqəlik videoçarx ümumilikdə iki hissədən ibarətdir. Birinci hissəni giriş də adlandırmaq olar. Belə ki, bu hissə artıq premyerası baş tutmuş filmlərə həsr olunub və həmin filmlərdən olan seçmə səhnələrdən ibarətdir. İkinci hissə isə Marvel studiyasının gələcək filmlərinə həsr olunub.
Bu videoçarxda ilk dəfə “Eternals” (Əbədilər azərb.) filmində Tena (Thena .ing) obrazını canlandıran məşhur aktrisa Ancelina Colini də görmüş olduq.
Videoçarxda gələcək filmlərin ən son premyera tarixləri ardıcıllıqla belə qeyd olunub:
- Qara Dul (Black Widow ing.) – 07.07.2021
- Şanq-Çi və On Üzüyün Əfsanəsi (Shang-Chi and the Legend of the Ten Rings ing.) – 03.09.2021
- Əbədilər (Eternals ing.) – 05.11.2021
- Hörümçək-adam: Evə Yol Yoxdur (Spirder-man: No Way Home ing.) – 17.12.2021
- Doctor Strange in the Multiverse of Madness – 25.03.2022
- Tor: Sevgi və Şimşək (Thor: Love and Thunder ing.) – 06.05.2022
- Qara Pantera: Əbədi Vakanda (Black Panther: Wakanda Forever ing.) – 08.07.2022
- The Marvels – 10.11.2022
- Qarışqa-adam və Arı: Kvantumaniya” (Ant-Man and the Wasp: Qauntumania ing.) – 17.02.2023
- Qalaktika Mühafizəçiləri Hissə 3 (Guardians of the Galaxy Vol. 3 ing.) – 05.05.2023