Half-Life: Alyx oyun dünyasına gətirdiyi yenilikləri ilə təəccübləndirməkdə davam edir. Müəllim oyunda 7-ci sinif şagirdlərinə dərs keçir.
VR oyun dünyası üçün mükəmməl bir yenilik olan Half-Life: Alyx buraxılışdan əvvəl bir çoxları tərəfindən bəyənilməsə də, indi hər kəsi heyrətləndirir. Oyunda ətraf mühitlə qarşılıqlı təsir yüksək səviyyədə realizə olunub. Elə oyunun bu üstünlüyündən yararlanan amerikalı riyaziyyat müəllimi Çarlz Kumber Half-Life: Alyx oyununda şüşə, marker və silgidən yararlanaraq bucaqlar haqqında dərs keçib.
Videonu Sizə təqdim edirik: