Tanos “Google” axtarış sistemində belə axtarışın nəticələrinin tam yarısını öz əlcəyi ilə puç edə bilir.
Dünya premyerası 23.04.2018-ci il tarixdə baş tutan “Qisasçılar: Sonsuzluq Savaşı” (Avangers: Infinity War) filminin süjetinə əsasən kainatda mövcud olan bütün canlıların tam yarısını üzərində sonsuzluq daşları olan əlcəyi ilə puç edən Tanos öz fövqəladə imkanlarını artıq “Google” axtarış sistemində belə nümayiş etdirə bilir. Belə ki, “Google” axtarış sistemində “thanos” sorğusunu daxil edib ekranın sağ yanında yerləşən əlcəyin üzərinə klik etsəniz axtarışın nəticələrinin tam yarısının yoxa çıxacağının əyani şahidi olacaqsınız. Bu proses başa çatdıqdan sonra əlcəyin üzərinə təkrarən klik etsəniz, əlcəyin üzərində olan “Agamotto” – yaşıl rəngli, zaman axınını idarə edən sonsuzluq daşının gücü vasitəsilə axtarışın nəticələrinin bərpa olunduğunu görəcəksiniz. Bəlkə bu gözlənilən “Qisasçılar: Final” filmindəki hadisələrdən xəbər verir?