“VKontakte” sosial şəbəkəsi istifadəçilərin yarısını dondurdu
Bu gün 24.04.2019-cu il tarixində “VKontakte” sosial şəbəkəsi aksiyaya qoşulmuş istifadəçilərin yarısını 15 dəqiqə müddətinə dondurdu. Əvvəlcə “VKontakte” keçiriləcək aksiya ilə əlaqədar könüllü olaraq istifadəçilirin qoşulması üçün xüsusi “VK App” yaratmışdı. Bu sosial şəbəkənin istənilən istifadəçisi Marvel dünyasının və gündəmdə olan “Qisasçılar” filminin baş mənfi obrazlarından biri olan Tanosun kliki ilə “Qisasçılar: Sonsuzluq savaşı”-nın süjetinə uyğun puç ola bilmək üçün planlaşdırılmış “fleşmoba” qoşula bilərdi.
Fleşmobun iştirakçılar sırasında bizim oyun portalının üzvü də var idi.