Android

“GGC” – G.aze Game Community Azərbaycan Oyun Portalı
Android Platformasında Olan Cihazlar üçün Mobil Oyunlar, Tətbiqlər və Proqram Təminatı Haqda Xəbərlər və Məlumatlar

Diablo Immortal

“Diablo Immortal” tanınmış “Diablo” seriyasının mobil platformalar üçün adaptasiyasıdır. Oyun mobil platformalar üçün nəzərdə tutulmuş xüsusiyyətlərini qoruyub saxlasa da, PC platforması üçün də buraxılıb. MMORPG (çox nəfərlik rol-oyunu) və ekşen janrlarındadır.

Mobil platformalar üçün “Ni no Kuni” oyunu 25 may tarixində buraxılacaq

Eyni gündə oyun PC platformasına buraxılsa da, məşhur “Ni no Kuni” seriyasının mobil platformalar üçün adaptasiyası hesab olunur. Həmçinin oyun PC və mobil platformalar arasında krossplatforma funksiyasını dəstəkləyəcək.

PUBG: New State oyununun yeni kinematoqrafik treyleri

Yeni sinematik treylerdən görünür ki, çəkiliş dronun kamerası vasitəsilə həyata keçirilir. Təqdim olunan məkan isə, çox güman ki, döyüş meydanıdır. Sonda isə dron naməlum atıcı tərəfindən vurulur.

Apex Legends Mobile oyunundan ilk görüntülər təqdim olunub

“Apex Legends”in direktoru Çed Qrenier artıq bu ay ərzində “Apex Legends Mobile” oyununun regional beta-testinin başlanacağını bildirib. Oyunun ilkin beta-test mərhələsi Hindistan və Filippin dövlətlərini əhatə edəcək və yalnız Android əməliyyat sistemli mobil cihazlar üçün nəzərdə tutulub.

Crash Bandicoot: On the Run!

Ranner (runner ing.) janrında olan “Crash Bandicoot: On the Run!” Activision Blizzard-ın törəmə şirkəti King tərəfindən ərsəyə gətirilmişdir. Android və iOS mobil platformaları üçün buraxılan oyun “Crash” seriyasından olan əvvəlki oyunlara da istinad edir. Belə ki, oyunda seriyadan olan bəzi personajlar və bir çox elementlər yer alır.

Racing Master – mobil platformalar üçün yeni nəsil yarış oyunu anons olundu

Oyun “GRiD”, “F1”, “Dirt Rally” kimi oyun seriyalarının müəllifi olan Codemasters tərəfindən ərsəyə gətirilir. “Racing Master” oyununun Unreal Engine 4 mühərrikində yaradılması qrafika baxımından onu əksər mobil oyunlardan üstün mövqeyə qaldırır.
“Racing Master” Android və iOS mobil platformaları üçün buraxılacaq. Lakin, oyunun buraxılışı tarixi hələ ki, bəlli deyil.

Crash Bandicoot mobil platformalar üçün buraxılacaq

“Crash Bandicoot: On The Run” oyunu Activision Blizzard-ın bir hissəsi olan King şirkəti tərəfindən ərsəyə gətirilir. Oyun mobil platformalardan çoxlarına tanış olan ranner (Runner ing.) janrındadır. Eyni janrda və platformalarda olan “Subway Surfers”, “Temple Run” və s. bu növ oyunları xatırladır.

PUBG: New State – mobil platformalar üçün anons olundu

“PUBG: New State”-də hadisələr 2051-ci ildə cərəyan edəcək. Oyunda xeyli sayda futuristik xarici görünüşə malik yeni silah, sursat, nəqliyyat vasitələri və digər texnologiyalar olacaq. Oyun xəritəsinin 8×8 km ölçüdədir və “Troi” adlanır.

“Plague Inc” oyununa yeni rejim əlavə olunacaq

Plague Inc oyununda bu dəfə dünyanı pandemiyadan xilas etmək rejimi Demək olar ki, bütün Yer…

Fahrenheit: Indigo Prophecy

İlk dəfə 2005-ci ildə buraxılan “Fahrenheit: Indigo Prophecy” oyunu, öz dövrü üçün bir çox yeniliklərlə…