Call of Duty-ni artıq mobil telefonlarda da oynamaq olar. Bu oyun PC, Xbox, PlayStation kimi platformalarda öz oyun seriyasında olan bir çox oyunlarla məhşurlaşıb ki, bunlara “Call of Duty: Modern Warfare” və “Call of Duty: Black Ops” oyun seriyaları daxildir. Call of Duty: Mobile oyununda da siz yuxarıda qeyd olunan oyun seriyalarındakı xəritələri və rejimləri görə biləcəksiniz. Oyun yaradıcısı Activision Publishing Inc bu yaxınlarda oyuna “Battle Royale” və bir sıra digər oyun rejimlərinin də əlavə olunacağını qeyd edib. Call of Duty: Mobile oyununda bir-birindən fərqli geyimlər, eləcə də reytinq və klan qarşılaşmaları də nəzərdə tutulub.
Call of Duty: Mobile oyununun gameplay-ini Sizə təqdim edirik:
Hazırda bu oyun yalnız öncədən qeydiyyat üçün mövcud olduğundan, qeydiyyat keçidlərini Sizə təqdim edirik:
Google Play
Öncədən Qeydiyyat