“Diablo Immortal” oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri.
- Buraxılış tarixi: 02.06.2022
- Platformalar: PC, iOS, Android
- Yaradıcı: Blizzard Entertainment, NetEase
- İstehsalçı: Blizzard Entertainment
“Diablo Immortal” tanınmış “Diablo” seriyasının mobil platformalar üçün adaptasiyasıdır. Oyun mobil platformalar üçün nəzərdə tutulmuş xüsusiyyətlərini qoruyub saxlasa da, PC platforması üçün də buraxılıb. MMORPG (çox nəfərlik rol-oyunu) və ekşen janrlarındadır.
Oyun seriyanın və rol oyunu janrının ənənələrinə sadiq qalır. Əlbəttə ki, bu heç də təsadüfi deyil. “Diablo” seriyası oyun sənayesində öz alt janrını (Diabloid) yaradan seriyalardan biridir.

Oyuna başlamazdan əvvəl hər bir oyunçu regionuna uyğun mövcud serverlərdən birini seçməlidir. Oyunçular 6 əsas ixtisasdan birini seçdikdən sonra öz personajının xarici görünüşünü zövqünə uyğun dəyişə bilər. Xarici görünüşü dəyişmək üçün seçim imkan geniş deyil.
“Diablo Immortal”da aşağıdakı ixtisaslar mövcuddur:
- Barbarian
- Wizard
- Monk
- Necromancer
- Demon Hunter
- Crusader
Sadalanan ixtisaslar seriyanın əvvəlki hissələrindən oyunçulara tanış gələ bilər. Bu ixtisasların hər birinin özünəməxsus 12 fərqli unikal bacarığı mövcuddur. Bacarıqlar tədricən – personajın səviyyəsindən asılı olaraq açılır. Eləcə də, hər ixtisasın özünə uyğun geyim və silah sistemi mövcuddur.







“Diablo Immortal” yalnız çox nəfərlik oyun üçün nəzərdə tutulub və oyunda süjet bir qədər formal xarakter daşıyır. Buna baxmayaraq, Blizzard oyunda hadisələrin “Diablo II” və “Diablo III” oyunları arasındakı zaman kəsiyində baş verdiyini qeyd edir.
“Diablo Immortal” oyununun qeympley treyleri:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows® 7 / Windows® 8 / Windows® 10 / Windows® 11
• CPU: Intel® Core™ i3 / AMD FX-8100
• GPU: NVIDIA®GeForce® GTX 460 / ATI Radeon HD 6850 / Intel® HD Graphics 530
• RAM: 4 GB
• Diskdə boş yer: 24 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows® 10 / Windows® 11 64 bit
• CPU: Intel® Core™ i5 / AMD Ryzen™ 5
• GPU: NVIDIA®GeForce® GTX 770 / AMD Radeon™ RX 470
• RAM: 8 GB
• Diskdə boş yer: 24 GB