İlk dəfə 2005-ci ildə buraxılan “Fahrenheit: Indigo Prophecy” oyunu, öz dövrü üçün bir çox yeniliklərlə çıxış edirdi. Sözsüz ki, bu da oyunçular və kritiklər tərəfindən yüksək qiymətləndirilmişdi. Belə ki, oyun film və oyun reallıqlarını özündə cəmləşdirən interaktiv povestdir. Elə bu səbəbdən də “Fahrenheit: Indigo Prophecy” bu gün də aktual olaraq qalır. Mobil sənayenin yüksək sürətlə inkişaf edərək müəyyən texnoloji inkişaf səviyəsinə çatdığından artıq bu oyunun da adaptasiyasını mobil telefonlarımızda oynayaraq qiymətləndirə biləcəyik. Oyun gamepad dəstəklənməsi üçün uyğunlaşdırılıb.
Süjet xətti bu hadisələrlə başlayır: Baş qəhrəman Lukas Keyn soyuq bir qış axşamı ölüm hadisəsinin şahidi olur. Ölümün səbəbi isə onun özüdür. O bir əlində qanlı bıçaq, qarşısında meyit özünə suallar verir, axı o heç kəsi öldürmək niyyətində deyildi…
Fahrenheit: Indigo Prophecy oyununun gameplay-ini Sizə təqdim edirik:
Fahrenheit: Indigo Prophecy oyununu yüklə:
Oyun Ödənişlidir.