“Epic Games” şirkəti tərəfindən ərsəyə gətirilən “Fortnite” oyunu ilk əvvəl böyük platformalara: PS, Xbox və PC üçün və sonradan kifayət qədər populyar olduqdan və reytinq yığdıqdan sonra isə bu gün artıq adi bir hala çevrilmiş mobil platforma üçün istifadəyə verildi. Lakin, bu halın adi olmasına baxmayaraq, hər şirkət mobil platforma üçün öz layihəsini uğurla realizə edə bilmir. “Fortnite” oyunu isə bu gərgin rəqabət dövründə üzərinə düşənin öhdəsindən uğurla gəlməyi bacardı. Mobil platforma üçün nəzərdə tutulmuş “Fortnite” oyunu “Battle Royale” janrındadır və digər platformalar üçün nəzərdə tutulan versiyaları ilə analogiya təşkil edir. Belə ki, oyun Unreal Engine 4 mexanikasındadır, eləcə də özündə fərqli oyun rejimlərini və fərqli xüsusiyyətlərə malik olan qəhrəmanları cəmləşdirir: 3×3, PvP 100 və.s.
Fortnite-ın gameplay-ini Sizə təqdim edirik:
Fortnite yüklə:
App Store
YÜKLƏ