Anime üslublu “Ni no Kuni: Cross Worlds” mobil rol oyunu 25 may tarixində Android, iOS və PC platformaları üçün buraxılacaq.
“Ni no Kuni: Cross Worlds” mobil oyunu ilk dəfə keçən ilin yay aylarında işıq üzü görsə də, yalnız Yaponiya regionu üçün buraxılmışdı. Oyunun yaradılmasına cavabdeh olan studiya Netmarble Games oyunun Android, iOS və PC platformaları üçün qlobal buraxılışının 25 may tarixinə təyin olunduğunu elan edib. Eyni gündə oyun PC platformasına buraxılsa da, məşhur “Ni no Kuni” seriyasının mobil platformalar üçün adaptasiyası hesab olunur. Həmçinin oyun PC və mobil platformalar arasında krossplatforma funksiyasını dəstəkləyəcək.
“Ni no Kuni: Cross Worlds” tamamilə yeni bir hekayədən bəhs edir. Eyni zamanda “Ni no Kuni” seriyasının digər hissələri ilə sıx bağlıdır.
Buraxılış günü rol oyunu janrında olan “Cross Worlds” oyunçulara seçim üçün 5 ixtisas təqdim edəcək:
- Swordsman
- Witch
- Engineer
- Rogue
- Destroyer
Qeyd edək ki, oyun üçün öncədən qeydiyyat artıq başlayıb. 25 may tarixinədək qeydiyyatdan keçən hər kəs buraxılışdan dərhal sonra müvafiq bildiriş alacaq.