“PUBG: New State” oyunu bu il mobil platformalar üçün buraxılacaq
Buraxılış tarixi məlum olmasa da oyunun qapalı alfa test mərhələsi 11-13 iyun tarixlərini əhatə edəcək. Təəssüf ki, qapalı alfa test mərhələsi yalnız ABŞ sakinləri üçün nəzərdə tutulub. Buna baxmayaraq, android platforması istifadəçiləri “PUBG: New State” oyununun buraxılışı haqda bildiriş almaq üçün Google Play onlayn mağazasından öncədən qeydiyyatdan keçə bilər. Bu yaxınlarda oyununun öncədən qeydiyyat səhifəsinin AppStore onlayn mağazasına da əlavə olunacağı gözlənilir.
Xatırladaq ki, “PUBG: New State” ilə bağlı yazdığımız əvvəlki məqalədə oyun xəritəsi haqqında da məlumat vermişdik.
Yeni sinematik treylerə gəldikdə isə görünür ki, çəkiliş dronun kamerası vasitəsilə həyata keçirilir. Təqdim olunan məkan isə, çox güman ki, döyüş meydanıdır. Sonda isə dron naməlum atıcı tərəfindən vurulur.