“Racing Master” Unreal Engine 4 oyun mühərrikində yaradılır
Oyun “GRiD”, “F1”, “Dirt Rally” kimi oyun seriyalarının müəllifi olan Codemasters tərəfindən ərsəyə gətirilir. “Racing Master” oyununun Unreal Engine 4 mühərrikində yaradılması qrafika baxımından onu əksər mobil oyunlardan üstün mövqeyə qaldırır.
“Racing Master” Android və iOS mobil platformaları üçün buraxılacaq. Lakin, oyunun buraxılış tarixi hələ ki, bəlli deyil.
Rəsmi sayt vasitəsilə öncədən qeydiyyatdan keçmək mümkündür.

“Racing Master” mobil oyununun rəsmi saytında qeyd olunan məlumata görə oyunda “Ferrari”, “Lamborghini”, “Porsche” və s. dünya şöhrətli brendlərin müxtəlif markalı avtomobilləri olacaq. Oyunda digər oyunçularla onlayn yarış rejimləri, avtomobillərin kastomizasiyası, idarəetmə növləri arasında seçim və s. digər özəlliklər mövcuddur.
Racing Master oyununun treyleri: