Buraxılış tarixi: 14.05.2019
Platformalar: PC, PS4, Xbox
Yaradıcı: Asobo Studio
İstehsalçı: Focus Home Interactive
A Plague Tale: Innocence oyununda hadisələr 1349-cu il Fransa, Parijdə cərəyan edir. Bu oyun ilk növbədə özünəməxsus tünd atmosferi ilə diqqəti cəlb edir. Oyunun baş qəhrəmanları bacı (Amisiya) və qardaşdırlar (Quqo). Onları inkvizisiya izləyir. İnkvizisiyanın əlinə keçməmək üçün isə onlar diqqətli olmalı, gecə ya gündüz hərəkət edəcəklərini düşünməlidirlər. Lakin bu oyunda Amisiya və Quqonun qarışısına çıxan tək çətinlik bu deyil. Fransa ağır günlərini yaşayır, bir tərəfdən inkvizisiya, digər bir tərəfdən isə təhlükəli epidamiya və bu epidemiyanı yayan siçanlar onların taleyini bir qədər də ağırlaşdırır. Oyunda 2 baş qəhrəmanın olmasına baxmayaraq, əsasən Amisiya ilə oynanılır, Quqo isə köməkçi funksiyanı həyata keçirir. Tək məqsəd bu maneələri qət edərək, sağ qalmaqdır.
A Plague Tale: Innocence oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel Core i3-2120 (3,3 GHz) /AMD FX-4100 X4 (3,6 GHz)
• GPU: GeForce GTX 660 / Radeon HD 7870
• RAM: 8 Gb
• Diskdə boş yer: 50 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10
• CPU: Intel Core i5-4690 (3,5 GHz) / AMD FX-8300 (3,3 GHz)
• GPU: GeForce GTX 970 / Radeon RX 480
• RAM: 16 Gb
• Diskdə boş yer: 50 Gb