BioWare öz oyunları ilə oyun dünyasına gətirdiyi yenilikləri ilə özünəməxsus rəğbət qazanmışdır. Bu dəfə də fanatlarını intizarda qoymayan BioWare hamı tərəfindən çoxdan gözlənilən “Anthem” oyununu PC, PS4 və Xbox üçün 22.02.2019-cu il tarixdə buraxacaq.
Bu oyun BioWare-in oyun dünyası üçün verdiyi töhvələrdən biri olmaq üçün böyük şanslara malikdir. Son zamanlar BioWare tərəfindən ərsəyə gətirilən oyunların fanatları tərəfindən sərt qarşılanması onun oyun sənayesində bir qədər geriləməsinə səbəb olmuşdur. Lakin “Anthem” oyunu öz gözəl təsviri ilə bu vəziyyəti dəyişməyə söz verir.
“Anthem” oyunundakı hadisələr fevral ayı və ümumiyyətlə son zamanların trendi olan post-apokalipsis dünyada cərəyan edir. Oyunun süjetinə əsasən dünyanı ilk əvvəl tanrıları yaradır ki, sözügedən “Himn”-i balanslaşdırsın. Lakin, bir müddət sonra tanrılar öz fikrindən daşınır və dünya yaranışını yarımçıq buraxırlar. Elə buna görə “Himn” üzə çıxır və bu da dəhşətli kataklizmalara səbəb olur. Oyunda baş qəhrəmanlar “Javelin” adlanan ekzoskeletlərlə təchiz olunub, yadplanetlilərə və digər rəqiblərə qarşı mübarizə aparırlar.
Oyun Action/RPG janrındadır.
Multi-player mövcuddur.
Gameplay-i Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
- Əməliyyat sistemi: Windows 10 64 bit
- CPU: Intel Core i5 3570 və ya AMD FX-6350
- RAM: 8 Gb
- GPU: NVIDIA GTX 760, AMD Radeon 7970 / R9280X
- HDD: Ən az 50 Gb boş yer.
- DirectX: DirectX 11
Tövsiyə olunan sistem tələbləri:
- Əməliyyat sistemi: Windows 10 64 bit
- CPU: Intel Core i7-4790 3,6 GHz və ya AMD Ryzen 3 1300X 3,5 GHz
- RAM: 16 Gb
- GPU: NVIDIA GTX 1060/RTX 2060, AMD RX 480
- HDD: Ən az 50 Gb boş yer.
- DirectX: DirectX 11