Back 4 Blood oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley treyleri və PC üçün sistem tələbləri
- Buraxılış tarixi: 12.10.2021
- Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S
- Yaradıcı: Turtle Rock Studios
- İstehsalçı: Warner Bros. Interactive Entertainment
“Back 4 Blood” birinci şəxs perspektivli şuter (first-person shooter ing.) və sağ qalma – qorxu (survival horror ing.) janrlarındadır. Oyun Unreal Enginge 4 mühərrikində ərsəyə gətirilib. Həm tək nəfərlik, həm də çox nəfərlik (kooperativ) rejimləri dəstəkləyir.
Bir çox xüsusiyyətlərinə görə “Back 4 Blood” məşhur “Left 4 Dead” seriyasının xələfi hesab olunur. Buna baxmayaraq “Left 4 Dead” seriyasının yaradıcı studiyalarından biri olan Turtle Rock Studios tərəfindən seriyaya heç bir bağlılığı olmayan müstəqil oyun kimi ərsəyə gətirilib.
Ümumən, “Left 4 Dead” seriyasının həm müsbət, həm də mənfi cəhətlərini özündə cəmləşdirən “Back 4 Blood” yeniliklərlə zəngin olmasa da, bəzi yeni qeympley xüsusiyyətləri ilə təmin olunub. Bu xüsusiyyətlərdən biri də mərhələyə başlamazdan əvvəl döyüş zamanı rəqib üzərində müəyyən üstünlük verən bacarıqları özündə cəmləşdirən kart seçiminin oyunçuya təqdim olunmasıdır.

Oyun əsasən formal süjet üzərində qurulan çox nəfərlik kooperativ rejimə hədəflənib. Burada 4 nəfərdən ibarət dəstə təşkil edən oyunçular müxtəlif növ odlu və soyuq silahlar vasitəsilə zombiləri məhv etməlidirlər. Yarış xarakterli qarşılaşma rejimində isə 8 oyunçu iştirak edir.

“Back 4 Blood”da personajlar “təmizləyici” adlanır. Ümumilikdə hər birinin özünəməxsus bacarığı olan “Walker”, “Mom”, “Holly”, “Evangelo”, “Hoffman”, “Doc”, “Jim” və “Karlee” təxəllüslərini daşıyan 8 personaj var.
Süjetə görə
Oyunda hadisələr postapokaliptik dünyada cərəyan edir. Bütün dünyanı təhlükəli pandemiya bürüyüb. Zombi apokalipsisin səbəbi isə mənşəyi bilinməyən və yoluxanları mutasiyaya uğradan parazitdir. Baş qəhrəmanlar sağ qalanlar və öz canları uğrunda mübarizə aparıb yaranmış vəziyyəti öz xeyrlərinə dəyişməyə çalışmalıdırlar.
Süni intellekt daim oyunçunun oyun prosesini analiz edir və nəticədən asılı olaraq onu daha sadə və ya çətin sınaqlara çəkir. Belə ki, oyunçu yaxşı oyun nümayiş etdirərsə həmin mərhələyə daha çox rəqib cəlb oluna və ya hava şəraiti oyunçunun əleyhinə dəyişə bilər.
Back 4 Blood oyununun qeympley videosunu təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 6600 / AMD Ryzen 5 2600
• GPU: NVIDIA®GeForce® GTX 1050 Ti / AMD Radeon RX 570
• RAM: 8 GB
• DirectX: 12
• Diskdə boş yer: 40 GB
Tövsiyə olunan sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 7 1800X
• GPU: NVIDIA®GeForce® GTX 970 / AMD Radeon RX 590
• RAM: 12 GB
• DirectX: 12
• Diskdə boş yer: 40 GB