Buraxılış tarixi:
• PS3: 08-11.09.2013 •
• PS4: 26.10.2015 •
• PC: 22.07.2019 •
Platformalar: PC, PS3, PS4
Yaradıcı: Quantic Dream
İstehsalçı: Sony Computer Entertainment, Inc.
“Quantic Dream” şirkətinin ilk dəfə olaraq PlayStation platforması üçün eksklüziv olaraq ərsəyə gətirdiyi psixoloji interaktiv triller janrında olan “Beyond: Two Souls” oyunu nəhayət ki, uzun müddət sonra PC platforması üçün də buraxıldı. Oyunda baş qəhrəman məhşur aktrisa Ellen Peyc və digər ikinci dərəcəli obraz aktyor Uilliam Defonun xarici görünüşü əsasında yaradılıb. Oyunun baş qəhrəmanı Djodi adlı qızdır. Süjet zamana görə üç ayrı xəttdən ibarət olduğuna görə Djodinin 8-24 yaşları perioduna təsadüf edir. Djodinin Ayden adlı sirli məxluqla psixoloji əlaqəsi var. Aydenin köməyi ilə Djodi əqli olaraq onu əhatə edən ətraf mühitə təsir edə bilir. Lakin, o bəzən öz güclərini idarə edə bilmir və bu çox təhlükəli nəticələrə səbəb olur. “Beyond: Two Souls”-da bir neçə sonluq mövcuddur. Oyunda etdiyiniz seçimlərin oyun sonluğuna birbaşa təsiri var.
Beyond: Two Souls oyununun gameplay-ini Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i5-4430 və ya analoqu
• GPU: NVIDIA® GeForce® GTX 660 / AMD Radeon™ HD 7870
• RAM: 4 Gb
• DirectX: 11
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10
• CPU: Intel® Core i5-6600K və ya analoqu
• GPU: NVIDIA® GeForce® GTX 970 / AMD Radeon™ R9 390
• RAM: 8 Gb• DirectX: 11