Buraxılış tarixi: 30.08.2019
Platformalar: PC, Xbox One
Yaradıcı: Bloober Team
İstehsalçı: Bloober Team
“Blair Witch” oyunu horror janrındadır və eyni adlı film seriyası əsasında ərsəyə gətirilib. Oyunda hadisələr 1996-cı ildə cərəyan edir. Süjetə əsasən ABŞ-ın Merilend ştatının Baketsvil şəhərində yerləşən Blek Hilz meşəsində uşaq itkin düşür. Baş qəhrəman Ellis, sabiq polis zabitidir. O, itkin düşmüş uşağın axtarışına başlayır və araşdırmalar aparır. Ellis araşdırmaları nəticəsində o bir çox dəhşətlərlə üzləşir və Blerdən olan Cadugərlə qarşı-qarşıya qalır.
Blair Witch oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i3-3220 / AMD A8-7600
• GPU: nVidia GeForce GTX 750 Ti / AMD Radeon R7 265
• RAM: 4 Gb
• DirectX: 11
• Diskdə boş yer: 16 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10 yalnız 64 bit
• CPU: Intel Core i5-6500 / AMD Ryzen 5 1600
• GPU: nVidia GeForce GTX 1070 / AMD Radeon RX 590
• RAM: 8 Gb• DirectX: 11
• Diskdə boş yer: 55 Gb