Oyunlar

Borderlands 3

Buraxılış tarixi: 13.09.2019

Platformalar: PC, PS4, Xbox One

Yaradıcı: Gearbox Software

İstehsalçı: 2K Games


“Borderlands” oyun seriyasının üçüncü hissəsi olan “Borderlands 3” oyunu şuter və RPG janrlarının kombinasiyasıdır. Bu oyun tamamilə 4 yeni personajın əhvalatından bəhs edir, lakin burada köhnə personajlara da rast gəlmək mümkün olacaq. Yeni qəhrəmanlar bütün bandit dəstələrin mövqeyini qazanaraq və xüsusi güclərdən istifadə edərək dünyanı ələ almaq istəyən ekizlərə qarşı mübarizə aparırlar. “Borderlands” oyun seriyası tarixində ilk dəfə olaraq hadisələr tək “Pandora”-da yox, qalaktikanın digər nöqtələrində də cərəyan edir. Belə ki, oyunçu kosmik gəmidən istifadə edərək, qalaktikanın fərqli nöqtələrinə səyahət edə bilər. Hər yeni lokasiya isə yeni təhlükələrlə və oyun həyəcanı ilə doludur.

Borderlands 3 oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
 CPU: Intel i5-3570 / AMD FX-8350
• GPU: nVidia GeForce GTX 680 / AMD Radeon™ HD 7970
• RAM: 6 Gb
• DirectX: 11, 12
• Diskdə boş yer: 75 Gb

Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel i7-4770 / AMD Ryzen™ 5 2600
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon™ RX 590
• RAM: 16 Gb• DirectX: 11, 12
• Diskdə boş yer: 75 Gb

Əvvəlki Məqalə
The Surge 2
Növbəti Məqalə
NBA 2K20