Oyunlar

Chivalry 2

Buraxılış tarixi: 08.06.2021

Platformalar: PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S

Yaradıcı: Torn Banner Studios

İstehsalçı: Tripwire Interactive


“Chivalry 2” həm birinci şəxs, həm də üçüncü şəxs perspektivli döyüş (first-person / third-person fighting ing.) janrındadır və “Chivalry: Medieval Warfare” oyununun sikveli, yəni davamıdır. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilmişdir. Platformalararası oyun (crossplay ing.) funksiyası tam dəstəklənir və oyunun buraxıldığı bütün platformalara şamil olunur.

“Chivalry 2” yalnız çoxnəfərlik oyun rejimini dəstəkləyir. Oyun özündə əsasən iki növ qarşılaşmanı ehtiva edir. Buraya ölüm qarşılaşması (death match ing.)mühasirə və ya müdafiə olunan komanda qarşılaşması (team objective ing.) daxildir. İkinci növ qarşılaşmalarda eyni anda 64 nəfərədək oyunçu iştirak edə bilər. Qarşılaşmadakı mövqedən asılı olaraq bir komanda digərinin qəsrini ələ keçirib kralı məhv etməli və ya əskinə, müəyyən müddət ərzində qəsri müdafiə etməlidir.

Oyunda hadisələr orta əsrlər dövründə cərəyan edir. Qarşılaşmalar isə sanki o dövrün abu-havasını özündə yaşadan müharibələri xatırladır.
“Chivalry 2” yay, nizə, döyüş çəkici, qılınc və s digər bu növ orta əsr silahları ilə zəngindir. Oyunda komandalar bir qayda olaraq ya mavi-ağ, ya da qırmızı-qara rəngli zirehlərlə təchiz olunurlar.

Chivalry 2 oyununun qeympley videosunu təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i3 4370 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 660 / AMD Radeon™ HD7870
• RAM: 8 GB
• Diskdə boş yer: 20 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 6700 və ya ekvivalenti
• GPU: Nvidia GeForce GTX 1070 və ya ekvivalenti
• RAM: 16 GB
• Diskdə boş yer: 20 GB