Oyunlar

Chronos: Before the Ashes

Buraxılış tarixi:  01.12.2020

Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch, Stadia

Yaradıcı: Gunfire Games, THQ Nordic

İstehsalçı: THQ Nordic, THQ


 

“Chronos: Before the Ashes” oyunu yaxın keçmişdə buraxılmış “Remnant: From the Ashes” oyununun prikvelidir, yəni bu oyunda cərəyan edən hadisələr daha əvvəl baş verir. Sələfindən fərqli olaraq “Chronos: Before the Ashes” oyunu təknəfərlik süjet kampaniyasından ibarətdir. Janr baxımından belə oyun əvvəlki hissədən xeyli fərqlənir və daha çox sadə döyüş janrını (ekşen ing. actionxatırladır. Oyunun süjeti baş qəhrəmanın başqa dünyalardan gələn şər qüvvələrlə mübarizəsindən bəhs edir. “Chronos: Before the Ashes”-in qrafikası sələfindən bir qədər geri qalsa da ətraf mühitin təsviri və digər vizual cəhətlər kifayət qədər dolğun realizə olunub. Oyunda maraqlı olan məqamlardan biri də baş qəhrəmanın qocalmasıdır. Belə ki, hər dəfə öldükdə, o, 1 il qocalır və qocaldıqca imkanları genişlənir. Oyunda olan son yaş həddi isə 60-dır.

Chronos: Before the Ashes oyunun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

  • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
    • CPU: Intel® Core™ i5 4690K (3,5 GHz) / AMD FX 83200 (3,5 GHZ)
    • GPU: nVidia GeForce GTX 660 / AMD Radeon™ R7 370
    • RAM: 4 Gb
    DircetX: 11
    • Diskdə boş yer: 8 Gb

Tövsiyə olunan sistem tələbləri:

  • Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
    • CPU: Intel® Core™ i5 4690K (3,5 GHz) / AMD FX 83200 (3,5 GHZ)
    • GPU: nVidia GeForce GTX 970 / AMD Radeon™ RX 480
    • RAM: 8 Gb
    DirectX: 11
    • Diskdə boş yer: 8 Gb
Əvvəlki Məqalə
Cyberpunk 2077
Növbəti Məqalə
Twin Mirror