Oyunlar

Command & Conquer Remastered Collection

Buraxılış tarixi: 05.06.2020

Platformalar: PC

Yaradıcı: Petroglyph Games

İstehsalçı: Electronic Arts


“Command & Conquer” oyunu öz dövründə sözünü demiş və oyun dünyasında strategiya janrına mühüm tövhə verən oyunlardan biridir. “Electronic Arts” istehsalçı şirkəti günün tələblərini nəzərə alaraq tərkibində əsas oyun və üç DLC olmaqla təkmilləşdirilmiş qrafik göstəricilər və 4K ölçü dəstəyi ilə “Command & Conquer Remastered Collection” oyun kolleksiyasını ərsəyə gətirdi. Bütün bunlarla yanaşı oyun yaradıcıları tərəfindən yenilənmiş oyun musiqisi, oyun zamanı köhnə və yenilənmiş qrafikaya keçid, müxtəlif modifikasiyaların dəstəklənməsi (hər kəs özü də yarada bilər), daha keyfiyyətli videoçarxlar və s. digər yeniliklər əlavə olunmuşdur.

Command & Conquer Remastered Collection oyununun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 və ya 10 64 bit
• CPU: Intel® Core™ 2 Duo E4600 @ 2.4 GHz / AMD Athlon 64 X2 6400 @ 2.4 GHz
• GPU: nVidia GeForce GT 420 / ATI Radeon HD 5570
• RAM: 4 Gb
• DirectX: 11
• Diskdə boş yer: 32 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 8.1 və ya 10 64 bit
• CPU: Intel® Core™ i5 4690K / AMD Ryzen™ 7 1700
• GPU: nVidia GeForce GTX 660 (4 Gb) / ATI Radeon HD 7850
• RAM: 4 Gb
• DirectX: 11
• Diskdə boş yer: 32 Gb

Növbəti Məqalə
Desperados III