Buraxılış tarixi: 27.08.2019
Platformalar: PC, PS4, Xbox One
Yaradıcı: Remedy Entertainment
İstehsalçı: 505 Games
“Control” oyununda hadisələr Nyu-Yorkda yerləşən gizli agentlikdə cərəyan edir. Başqa dünyadan gəlmə qüvvələr gizli inzibati binaya daxil olaraq oranı ələ keçirmək istəyirlər. Baş qəhrəman Cessi Faydensin bu hekayədə öz başlığı var. O, bəzi suallarına cavab tapmaq üçün büro daxilində araşdırma aparır. İdarəetmə bürosunun sabiq direktoru dünyasını dəyişdikdən sonra isə Cessini büronun direktoru təyin edirlər. Məhz bu hadisədən sonra digər dünyadan gələn və “Xırıltılılar” adlanan qüvvələr həmin binanı ələ keçirmək istəyir. Cessi xüsusi fövqəladə güclərindən, odlu silahdan və məntiqindən istifadə edərək onlarla mübarizə aparıb qalib gəlməli və öz suallarına cavab tapmalıdır.
Control oyununun gameplay videosunu Sizə təqdim edirik:
PC üçün sistem tələbləri:
Minimal sistem tələbləri:
• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i5-4690 / AMD FX-4350
• GPU: nVidia GeForce GTX 780 / AMD Radeon R9 280X
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 55 Gb
Tövsiyə olunan sistem tələbləri: • Əməliyyat Sistemi: Windows 10 yalnız 64 bit
• CPU: Intel Core i5-7600K / AMD Ryzen 5 1600X
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon RX 580
• RAM: 16 Gb• DirectX: 11
• Diskdə boş yer: 55 Gb