Oyunlar

Crash Team Racing: Nitro-Fueled

Buraxılış tarixi: 21.06.2019

Platformalar: PS4, Xbox One, Nintendo Switch

Yaradıcı: Beenox

İstehsalçı: Activision


Məhşur “Crash Team Racing” yenidən oyun platformalarına qayıtdı, lakin artıq yeni “Crash Team Racing: Nitro-Fueled” adıyla, yenilənmiş qrafik göstəricilər, səslər və musiqiylə. Bütün bunlarla yanaşı “Crash Team Rasing: Nitro-Fueled” oyununda yeni yarış trassaları, oyun mexanikası, multiplayer rejimi əlavə olunub və seçim üçün mənfi obraz olan “Nitros Oxide”-lə oynamaq imkanı yaradılıb.

Əgər siz bu oyun seriyası ilə tanış deyilsinizsə, qeyd edək ki, “Crash Team Racing” oyunu yarış janrındadır və sözsüz ki, hadisələr bu oyunda xəyali yerlərdə və xəyali personajlar ətrafında cərəyan edir. Oyunda çoxnəfərlik yarış rejimi olduğu kimi, sırf solo oyun rejimi da nəzərdə tutulub.

Crash Team Racing: Nitro-Fueled oyununun gameplay-ini Sizə təqdim edirik:

Əvvəlki Məqalə
Warhammer: Chaosbane
Növbəti Məqalə
Heavy Rain