Oyunlar

Cyberpunk 2077

Buraxılış tarixi: 10.12.2020

Platformalar: PC, PS4/PS5, Xbox One/Xbox Series X, Stadia

Yaradıcı: CD Projekt Red

İstehsalçı: CD Projekt


“CD Projekt Red” oyun şirkəti tərəfindən ərsəyə gətirilən “Cyberpunk 2077” oyunu ilk dəfə 2012-ci ilin may ayında anons olunmasına baxmayaraq, oyunun buraxılışı yaradıcı şirkətin müxtəlif dövrlərdə üzləşdiyi çətinliklər nəticəsində 2020-ci ilin sonlarınadək uzadılmalı olmuşdur. Bütün bunlarla yanaşı “Cyberpunk 2077” oyunun keçdiyi 8 illik yol, bu oyunu daha da təkmilləşdirmək üçün zəmin yaratmışdır. Belə ki, oyunçu auditoriyasının tələblərini nəzərə alan və “Witcher” oyun seriyası ilə məhşurlaşan Polşalı “CD Projekt Red” bu oyuna kifayət qədər geniş imkanlar daxil etmişdir.

“Cyberpunk 2077” oyunu Mayk Pondsmitin “Cyberpunk 2020” stolüstü oyunu motivləri əsasında ərsəyə gətirilmişdir. “Cyberpunk 2077” açıq dünyaya malikdir və RPG janrındadır. Oyunda hadisələr 2077-ci ildə, guya ABŞ-ın Kaliforniya və Los-Anceles ştatları arasında mövcud olan və 6 rayondan ibarət xəyali şəhər “Nayt-siti”-də cərəyan edir. Oyun reallığına əsasən sosial bərabərsizlik, nəhəng korporasiyaların haqsız rəqabəti, ayrı-ayrı silahlı mütəşəkkil dəstələrin bir-biri ilə çəkişməsi dərin sosioloji xaos yaradır. Məhz bu dövrdə baş qəhrəman, yəni biz, hadisələrin kəsişmə nöqtəsinə düşürük.

“Cyberpunk 2077” oyunu baş qəhrəmanın xarici görünüşünü təyin etmək üçün oyunçulara geniş seçimlər təqdim edir. Oyunun qeympleyini rəngarəngləşdirmək üçün isə oyunda xüsusi ixtisas sistemi mövcuddur. Belə ki, baş qəhrəman üçün seçilən hər hansı bir ixtisas onu xüsusiləşdirir və fərqli imkanlar yaradır.
Qeyd edək ki, “Cyberpunk 2077” süjet kampaniyası ilə yanaşı çoxnəfərlik multiplayer rejimini də dəstəkləyir.

Cyberpunk 2077 oyununun qeympley videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7 / 8 / 10 64 bit
• CPU: Intel® Core™ i5 3750K / AMD FX 8310
• GPU: nVidia GeForce GTX 780 / AMD Radeon™ RX 470
• RAM: 8 Gb
• Diskdə boş yer: 70 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 4790 / AMD Ryzen™ 3 3200G
• GPU: nVidia GeForce GTX 1060 / AMD Radeon™ R9 Fury
• RAM: 12 Gb
• Diskdə boş yer: 70 Gb

Əvvəlki Məqalə
Metamorphosis
Növbəti Məqalə
Chronos: Before the Ashes