Oyunlar

Darksiders: Genesis

Buraxılış tarixi: 05.12.2019

Platformalar: PC, PS4, Xbox One, Nintendo Switch

Yaradıcı: Airship Syndicate

İstehsalçı: THQ Nordic


“Darksiders” oyun seriyasının növbəti hissəsi olan “Darksiders: Genesis” oyununda bu dəfə hadisələr bir qədər geri qayıdaraq əsas süjet xəttindən (birinci oyun –Darksiders: Wrath of War) əvvəlki dövrdə cərəyan edir. Bu oyunda əvvəlki hissələrdən fərqli olaraq iki obrazla – Apokalipsisin atlılarından olan “Müharibə” (War) və “Nifaq” (Strife) ilə oynamaq imkanı yaradılıb. Süjetə əsasən, öz nəslindən olan bütün nümayəndələri məhv edən apokalipsisin atlıları, indi  Lüsiferin Cəhhənnəmin ali iblislərini daha şiddətli güclə təmin etməsi planına mane olmalıdırlar. Əgər bu baş verərsə, onda qara qüvvələr bütün bəşəriyyəti ələ keçirəcək.

Darksiders: Genesis oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel i5-4690K / AMD FX-8320
• GPU: nVidia GeForce GTX 960 və ya analoqu
• RAM: 4 Gb
• DirectX: 11
• Diskdə boş yer: 15 Gb

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 7/8/10 64 bit
• CPU: Intel Core i7-3930K / AMD Ryzen 5 1600
• GPU: nVidia GeForce GTX 1060 və ya analoqu
• RAM: 8 Gb
• DirectX: 11
• Diskdə boş yer: 15 Gb

Növbəti Məqalə
Phoenix Point