Buraxılış tarixi: 08.11.2019
Platformalar: PS4
Yaradıcı: Kojima Productions, Guerrilla Games
İstehsalçı: Sony Interactive Entertainment
“Death Stranding” oyunu məhşur oyun dizayneri Hideo Kojimaya məxsus studiya “Kojima Productions” tərəfindən ərsəyə gətirilmişdir. Oyun açıq dünyaya malikdir. Yüksək keyfiyyətli qrafik göstəricilər, oyun dizaynı, ətraf mühitin detallı təsviri, Gilyermo Del Toro, Norman Ridus, Mads Mikkelsen kimi məhşur ulduzların oyunda iştirakı “Death Stranding” oyununu dövrümüzün ən populyar və gözlənilən oyunlarından birinə çevirdi. Oyunda təkmilləşdirilmiş standart idarəetmə ilə yanaşı QTE elementləri də mövcuddur. Süjetə əsasən Yer Kürəsi faciə yaşayır. Başqa dünya ilə artıq vəhdətə gələn Yer Kürəsi qeyri-adi kataklizmlərə, əcaib varlıqların müdaxiləsinə və hər şeyi saniyələr içində bioloji cəhətdən inkişaf etdirən zaman yağışına məruz qalır. Beləliklə də, insanlar artıq nəsli kəsilmək üzrə olur. Yeraltı sığınacaqlarda yaşayan insanlar daha yer üzünə çıxmırlar, onların qida təminatını isə xüsusi kuryerlər həyata keçirir. Bu kuryerlərdən biri də baş qəhrəman Sem Porter-Bricesdir.
Death Stranding oyununun gameplay videosunu Sizə təqdim edirik: