Oyunlar

Deathloop

Deathloop oyunu haqqında məlumat, buraxılış tarixi, qeympley videosu və PC üçün sistem tələbləri

  • Buraxılış tarixi: 14.09.2021
  • Platformalar: PC, PS5, Xbox Series X|S
  • Yaradıcı: Arkane Studios
  • İstehsalçı: Bethesda Softworks

“Deathloop” birinci şəxs perspektivli ekşen şuter (first-person action shooter ing.)macəra janrlarındadır. Oyun Void Enginge mühərrikində ərsəyə gətirilib. Void Engine oyun mühərriki id Software şirkəti tərəfindən yaradılan id Tech 5 oyun mühərriki əsasında yığılıb. Həm tək nəfərlik, həm də çox nəfərlik rejimləri dəstəkləyir.

“Deathloop” PS5 konsolunun müvəqqəti eksklüzividir.

QEYD: Oyunun buraxılış versiyasında hər iki platforma (PC, PS5) ciddi optimizasiya problemləri ilə üzləşib.

“Deathloop” dinamik və kifayət qədər çoxşaxəli qeympley mexanikasına malikdir. Oyunun əsas ideyası təkrarlanan zaman dövrü tələsinə düşən personajlar KoltCuliannanın azadlığa qovuşmaq cəhdləri əsasında qurulub.

Oyunun unikal xüsusiyyətlərindən biri də odur ki, təknəfərlik oyun rejimində oyunçular baş qəhrəman Koltu, süni intellekt isə Culianna personajını idarə edir. Çox nəfərlik rejimdə isə ikinci oyunçu Culianna personajı ilə oyuna qoşulur.

Süjetə görə

Oyunda hadisələr qanunsuzluq və xaosun hökm sürdüyü Qara Qayalıq adlanan adada cərəyan edir. Baş qəhrəman Kolt səhər çağından gecə yarısınadək adada məskunlaşan 8 “vizioneri” məhv etməlidir. Əgər, o, uğursuzluğa düçar olarsa, gün yenidən başlayır və hadisələr bir daha təkrarlanır. Digər əsas personajlardan biri isə süni intellekt və ya ikinci oyunçu tərəfindən idarə oluna bilən Culiannadır. Bir-birini öldürmək niyyətində olan baş qəhrəmanlar Kolt və Culiannanın ikisi də zaman dövrü tələsinin təsiri altındadırlar. Onlar öz işlərini mükəmməl bacaran peşəkar killerlərdir. Düşdükləri mühitdə və mövcud vəziyyətdə onlar təkrarlanan zaman dövrünün üstünlüklərindən istifadə edərək bacarıqlarını təkmilləşdirməli və ətraf mühiti mümkün qədər tədqiq etməlidirlər. Yalnız bu məqam həlledici qarşılaşma zamanı onlardan birini digərindən daha üstün edə bilər.

“Deathloop” oyun dünyasında süjet xəttinin əsas hadisələri bir gün ərzində cərəyan edir. Oyunun hər bir mərhələsi xüsusi taktiki yanaşma tələb edir. Belə ki, hər hansı bir mərhələdə uğursuzluğa düçar olan oyunçu günə yenidən başlayaraq digər taktikaları sınamalı və onlardan ən uğurlu olanı ilə mərhələni başa vurmağa çalışmalıdır.

Deathloop oyununun qeympley treylerini təqdim edirik:


PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i5 8400 / AMD Ryzen 5 1600
• GPU: NVIDIA®GeForce® GTX 1060 / AMD Radeon RX 580
• RAM: 12 GB
• DirectX: 12
• Diskdə boş yer: 30 GB

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel® Core™ i7 9700K / AMD Ryzen 7 2700X
• GPU: NVIDIA®GeForce® GTX 2060 / AMD Radeon RX 5700
• RAM: 16 GB
• DirectX: 12
• Diskdə boş yer: 30 GB

Növbəti Məqalə
Kena: Bridge of Spirits