Oyunlar

Detroit: Become Human

Buraxılış tarixi:
• PS4: 25.05.2018 •
• PC: 12.12.2019 •

Platformalar: PC, PS4

Yaradıcı: Quantic Dream

İstehsalçı: Sony Interactive Entertainment


“Detroit: Become Human” oyunu interaktiv kino janrında əvvəllər möhtəşəm oyunları (Heavy Rain, Beyond: Two Souls) ilə məhşurlaşmış “Quantic Dream” şirkəti tərəfindən ərsəyə gətirilmişdir. Oyunun şüarı olan “Freedom has a price” (Azadlığın qiyməti var) oyun reallığına və süjetə tam uyğunlaşır. “Detroit: Become Human” oyunu da interaktiv kino janrındadır. Oyunda hadisələr 2038-ci ildə ABŞ-ın Detroyt şəhərində cərəyan edir. Texnologiyaların yüksək səviyyədə inkişaf etdiyi oyun reallığında hər addımda insandan demək olar ki, seçilməyən androidlərlə qarşılaşmaq olar. Onlar da özünə məxsus təfəkkürə malikdirlər, insan kimi danışır, hərəkət edirlər, lakin insanlara qulluq edirlər. Androidlərin sistemində nasazlıq baş verdikdə isə onlar heç kimdən asılı olmayan, emosiyalara və azad qərar qəbul etmək imkanına malik olan “deviant”-a çevrilirlər. Oyunun baş qəhrəmanları Konor, Markus və Kera da onlardan biridirlər. Bu obrazların devianta çevrilməsi isə müxtəlif özünəməxsus səbəblərdən baş verir. Oyun çoxşaxəli süjet xəttinə malik olduğundan oyunçu tez-tez seçim qarşısında qoyulur. Oyunçunun seçimləri kiminsə taleyini və ya öz taleyini həll edə bilər. Hər üç baş qəhrəmanın etdiyi seçimlər süjetin ayrı-ayrı məqamlarına və oyun sonluğuna təsir edir.

Detroit: Become Human oyununun gameplay videosunu Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel Core i7-3770 (3,4 GHz) / AMD FX-8350 (4,2 GHz)
• GPU: nVidia GeForce GTX 780 (3 Gb) / AMD Radeon HD 7950 (3 Gb)
• RAM: 8 Gb
• DirectX: 11

Tövsiyə olunan sistem tələbləri:

• Əməliyyat Sistemi: Windows 10 64 bit
• CPU: Intel Core i5-8400 (2,8 GHz) / AMD Ryzen 5 1600 (3,2 GHz)
• GPU: nVidia GeForce GTX 1060 (4 Gb) / AMD Radeon RX 580 (4 Gb)
• RAM: 16 Gb
• DirectX: 11

Əvvəlki Məqalə
Aeronavtlar (The Aeronauts)