Oyunlar

DiRT Rally 2.0

“DiRT Rally 2.0” oyunu Codemasters studiyası tərəfindən hazırlanaraq ərsəyə gətirilmişdir. Oyun yarış janrındadır. 26.02.2019-cu il tarixdə PC platforması üçün çıxacaqdır.

Bu oyun məhşur “DiRT” oyununun davamı kimi çıxış edir və burada da əsas mövzu avtomobil yarışlarıdır. Lakin “DiRT Rally 2.0” daha detallı formada realizə olunaraq hava proqnozundakı dəyişikliklərin, yarış avtomobilinin aldığı zədələrin oyun gedişatına bir-başa təsirinə və bununla da daha realistik abu-havanın yaranmasına səbəb olur. Bu oyunda siz rəsmi ralli traslarının oyun reallığında canlanmasının şahidi olacaqsınız. Ralli yarışlarının həvəskarları üçün bu oyun əvəzolunmaz bir seçimdir. “DiRT Rally 2.0” günün qrafik göstəricilərinin tələblərinə uyğun olaraq sizə bu yarış həyəcanını öz evinizdə yaşadacaq.

Multi-player mövcuddur.

Gameplay-i Sizə təqdim edirik:

PC üçün sistem tələbləri:

Minimal sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 7/8/10 64 bit
  • CPU: Intel Core i3 2130 / AMD FX 4300
  • RAM: 8 Gb
  • GPU: Nvidia GT 650Ti / AMD HD 7750
  • HDD: Ən az 50 Gb boş yer.
  • DirectX: DirectX 11

Tövsiyə olunan sistem tələbləri:

  • Əməliyyat sistemi: Windows 10 64 bit
  • CPU: Intel Core i5 8600K / AMD Ryzen 5 2600X
  • RAM: 8 Gb
  • GPU:  NVIDIA GTX 1070 / AMD RX Vega 56
  • HDD: Ən az 50 Gb boş yer.
  • DirectX: DirectX 11
Əvvəlki Məqalə
Anthem
Növbəti Məqalə
OSCAR 2019